“Səbail rayonu Badamdar bələdiyyəsi daim ərazidə yaşayan şəhid və qazi ailələrini diqqətdə saxlamaqla, onlara maddi və mənəvi dəstəyini əsirgəmir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Təzəxan Məmmədov bildirib.
Sədrin sözlərinə görə, bu gün bələdiyyə rəsmilərinin qəbuluna gələn sakinlərdən biri də Qarabağ müharibəsi qazisi Orucov Murad şamil oğlu olub.
Görüşdə bələdiyyə sədri T.Məmmədov Azərbaycan Prezidenti cənab ilham əliyev və Birinci vitse-prezident Mehriban xanım əliyevanın göstərişi ilə şəhidlik zirvəsinə yüksələn hərbçilərimizin ailələrinə böyük diqqət və qayğı göstərildiyini, qazilərin sağalması və normal həyata qayıtması üçün köməklik göstərildiyini diqqətə çatdırıb.
Görüşdə bələdiyyə rəsmiləri hərbi qulluqçumuzun sosial-məişət qayğıları ilə maraqlanıblar. Qazı Murad Orucov ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Görüşdə Badamdar bələdiyyəsinin sədr müavini Xədicə Həsənova iştirak edib.
Qeyd edək ki, M.Orucov 2022-ci ilin sentyabrın 12 və 13-də Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı yaralanmışdır.
Belediyye.info